OUR OS

Sənədləşmə

OUR OS Server 1.0 — endirmə, yoxlama, quraşdırma və gündəlik istifadə.

1. Tələblər

Prosessorx86-64 (amd64)
Yaddaş2 GB; tövsiyə 4 GB
Disk20 GB və çox
AçılışUEFI və ya BIOS. Secure Boot açıq ola bilər — bax: Nüvə və Secure Boot
ŞəbəkəQuraşdırma üçün tələb olunmur; yeniləmə üçün os.our.az

2. Endirmə və yoxlama

wget https://os.our.az/releases/1.0.0/our-os-server-1.0.0-amd64.iso
wget https://os.our.az/releases/1.0.0/SHA256SUMS
wget https://os.our.az/releases/1.0.0/SHA256SUMS.gpg
wget https://os.our.az/our-os-archive-keyring.gpg

# imza
gpg --no-default-keyring --keyring ./our-os-archive-keyring.gpg \
    --verify SHA256SUMS.gpg SHA256SUMS

# cəm
sha256sum -c SHA256SUMS --ignore-missing

Hər iki əmr «OK» deməlidir.

3. Quraşdırma

Açılış menyusunda üç giriş var:

OUR OS Server 1.0 quraşdırTam interaktiv — hər ekran göstərilir. Tövsiyə olunan.
… (sadə)Disk avtomatik bölünür (bir bölmə); yalnız hesab və SSH soruşulur
… (LVM)Disk avtomatik LVM ilə bölünür; yalnız hesab və SSH soruşulur
Avtomatik profillər (sadə, LVM) diski soruşmadan silir. Şəbəkə DHCP ilə alınır — DHCP yoxdursa, quraşdırmadan sonra /etc/netplan/ faylında statik ünvan yazın.

İnteraktiv quraşdırmanın addımları

  1. Dil — Azərbaycanca seçilidir.
  2. Klaviatura — düzülüş və variant.
  3. Mənbə — standart və ya minimal.
  4. Şəbəkə — statik ünvan burada yazılır (interfeysi seçin → IPv4 → Əl ilə).
  5. Proksi — lazım deyilsə boş.
  6. Mirror — https://os.our.az/archive hazır gəlir.
  7. Disk — bütöv disk (LVM ilə) və ya fərdi bölmələmə.
  8. Hesab — ad, serverin adı, istifadəçi adı, şifrə.
  9. SSH — OpenSSH serverini quraşdırmaq üçün qutunu işarələyin.
  10. Quraşdırma bitəndə «İndi yenidən başlat».

4. Quraşdırmadan sonra

sudo apt update
sudo apt upgrade

Sual-cavab

Konsolda «Davam edilsin? [B/x]» sualına hər iki dildə cavab vermək olar:

Bəliy yes b bəli h hə
Xeyrn no x xeyr

Paket arxivi

Ünvan: https://os.our.az/archive. Buraxılışlar: noble, noble-updates, noble-security, noble-backports. OUR OS paketləri: our komponenti. Konfiqurasiya: /etc/apt/sources.list.d/our-os.sources.

Başqa Ubuntu 24.04 sistemində bizim arxivi əlavə etmək:

wget -O /usr/share/keyrings/our-os-archive-keyring.gpg https://os.our.az/our-os-archive-keyring.gpg
cat > /etc/apt/sources.list.d/our-os.sources <<'EOF'
Types: deb
URIs: https://os.our.az/archive
Suites: noble noble-updates noble-security
Components: main restricted universe multiverse our
Signed-By: /usr/share/keyrings/our-os-archive-keyring.gpg
EOF

5. Nüvə və Secure Boot

Nüvə OUR OS tərəfindən yığılır və imzalanır:

$ uname -v
#139-OUR-OS SMP PREEMPT_DYNAMIC …

Mənbə: apt-get source linux (Types: deb-src, Suites: noble, Components: our). Yamaq: repo/kernel/our-os-brand.patch.

Secure Boot açıq maşınlarda

Secure Boot açıq olanda sistem Ubuntu nüvəsi ilə açılır. OUR OS nüvəsinə keçid:

sudo our-os-kernel-enroll
  1. Əmr birdəfəlik şifrə istəyir — yazın.
  2. Maşını yenidən açın. Mavi «MOK Manager» ekranında: Enroll MOK → Continue → Yes, həmin şifrə.
  3. Eyni əmri bir də işlədin.

Sertifikat: /usr/share/our-os/our-os-sb.der.

6. Bulud obrazı

our-os-server-1.0.0-cloud-amd64.qcow2, cloud-init (NoCloud). Proxmox:

qm create 9000 --name our-os --memory 2048 --net0 virtio,bridge=vmbr0
qm importdisk 9000 our-os-server-1.0.0-cloud-amd64.qcow2 local-lvm
qm set 9000 --scsihw virtio-scsi-pci --scsi0 local-lvm:vm-9000-disk-0 \
   --ide2 local-lvm:cloudinit --boot order=scsi0 --serial0 socket
qm set 9000 --ciuser our --cipassword '…' --ipconfig0 ip=dhcp
qm start 9000

7. Mənbə kodu

gitlab.com/our-technology-llc/our-os